Yeni məzunlar üçün müsahibə məsləhətləri

İş həyatında müsahibə prosesi demək olar ki, hər kəs üçün  həyəcanlı və bir az da streslidir. Universiteti yeni bitirənlər üçün bu proses daha da çətindir.

Məzun oldunuz və əlinizdə diplomla beyninizdə böyük bir sual var. “İndi nə etməliyəm?” İş həyatına başlayacağınız bu dövrdə qarşınızda uzun bir karyera yolunun olduğunu deməliyəm. Bu karyera yolunda addımlamaq üçün müsahibələr əvəzolunmazdır! Sizin üçün kifayət qədər yeni təcrübə olan müsahibə prosesindən keçmək üçün nə etməli və nə etməməli haqqında danışacağıq.

Seçici olmaqla çətin bəyənmək xüsusiyyətinizi fərqləndirin

Bir iş və ya bir qurum seçərkən diqqətlə yoxlamaq vacib bir bacarıqdır. Lakin heç bir təcrübəniz olmadığı və iş həyatına sıfırdan başladığınız bu dövrdə bunu etməyin. Təbii ki, mən ilk tapdığınız işdə işləməyi nəzərdə tutmuram. Lakin heç bir təcrübəniz yoxdursa, çox seçici olmaq yalnız vaxtınızı itirəcək.

Şəxsi portfelinizi yaradın

Diplomunuzu, sahib olduğunuz sertifikatları, iştirak etdiyiniz təlimləri özündə əks etdirən yaxşı bir fayl hazırlamaq müsahibə prosesinə nə qədər əhəmiyyət verdiyinizi göstərir. Hətta universitet dövründə etdiyiniz vəzifəyə uyğun bir işi əlavə etmək sizi daha da fərqləndirəcək.

Şirkət haqqında məlumat əldə edin

Müsahibəyə getdiyiniz vəzifənin, müvafiq şirkətdə hansı öhdəliklər və gözləntilərinin olduğunu bilmək yaxşı olardı. Bu müsahibə götürənə işə nə qədər həvəsli olduğunuz barədə fikir əldə etməyə imkan verəcək.

Görünüşünüzə diqqət yetirin

Geyinmə tərzinizə və şəxsi baxımınıza fikir verərək müsahibədə iştirak etməyiniz çox vacibdir. HR işçiləri bunu ilk təəssürat kimi qəbul edirlər. Bu səbəbdən müsahibəyə təmiz, səliqəli və sadə üslubda getməlisiniz.

Vaxta fikir verin

Müsahibəyə vaxtında gedmək həmişə müsbət bir davranışdır. Hətta vaxtında gedməkdənsə 15 dəqiqə əvvəl müsahibə yerində olmaqda fayda var. Çünki bəzi qurumlar sizdən əl ilə iş ərizəsi formasını doldurmağınızı tələb edə bilər. Belə bir vəziyyətdə müsahibə üçün daha çox vaxtınız qalar, özünüzü yetərincə ifadə edə bilərsiniz.

Son zamanlar bəzi müsahibələr onlayn aparılır. Onlayn müsahibə olsa belə, vaxtında kompüterinizin yanında olmalı, kameranı açmalı , mikrofonu və internet bağlantı keyfiyyətini yoxlamalısınız.