Aşbaz
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qartal Tikinti Firması Aşbaz vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı: Xidmət müqaviləsi ilə vergilər daxil 400-450 AZN müəyyən edilir və bank kartına rəsmi olaraq ödənilir.

İş yeri: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasının İstehsalat sahəsindəki yeməkxanası

Tələblər:

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
  • İşində məsuliyyətli və ciddi olmalı;
  • Təmizliyə xüsusi diqqət yetirməlidir;
  • Ancaq Sumqayıt şəhərində yaşayan xanım namizədlər müraciət edə bilər.

İş haqqında məlumat:

  • Qartal Tikinti Firmasının ofisində və istehsalat sahəsində işləyən işçiləri üçün yemək hazırlayacaq. 15-20 nəfər baş ofis işçiləri üçün hazırlanan yemək Sumqayıt şəhəri, 48-ci məhəllədəki baş ofisin yemək otağına göndərilir. Buradakı yemək otağının təmizlənməsi və yeməklərin paylanması aşbazların məsuliyyətində deyildir;
  • Yeməkxanada 2 nəfər aşbazın işləməsi nəzərdə tutulur. Orta hesabla baş ofis və istehsalat sahəsinin işçiləri üçün gündəlik 40-50 nəfərlik yemək hazırlanır;
  • İstehsalat sahəsində saat 11:00-da və 16:00-da işçilər üçün çay fasiləsi nəzərdə tutulur. Çayın hazırlanması və işçilərə verilməsi aşbazların məsuliyyətindədir;
  • Aşbazlar növbəti gün üçün menyu tərtib etməli və tələb olunan ərzağın miqdarı barədə sifariş hazırlamalıdır. Ərzaqların alınmasını və təchiz edilməsini başqa əməkdaş yerinə yetirir;
  • Qabların yuyulması və istehsalat sahəsindəki yeməkxananın təmizlənməsi aşbazların məsuliyyətindədir;
  • Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
  • Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və intizam qaydalarına riayət edilməlidir.

İşçi üçün şərait:

  • İş saatı 09:00-17:00;
  • Nahar yeməyi və aşbazların geyimi firma hesabına təmin edilir;
  • İstirahət günü – Bazar günləri;

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini e-mail adresinə,  mövzu hissəsində “Aşbaz” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011

Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

QEYD: Əlavə məlumat və ya ilkin danışıqlar üçün yalnız həftəiçi iş saatlarında saat 18:00-a qədər əlaqə saxlamağınız xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

1300 — 1500 ₼
Baş aşpaz

CHAILAB restoranı Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...

CHAILAB

01.04.2025 - Bakı

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.04.2025 - Bakı

700₼
Rəngsaz

Ayan MMC Rəngsaz vakansiyasını elan edir. ...

Ayan MMC

01.04.2025 - Xırdalan

410₼
Çeşidləyici

Ayan MMC Çeşidləyici vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Bakı, Sumqayıt, Xırdalan

450₼
Xadimə

BERC Group MMC şirkəti “Xadimə” vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

17.03.2025 - Bakı