Qısa məzmun
Ə/h 800-1000 AZN. Lunchef catering MMC Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Aşpaz daha çox kulinariya emalı tələb edən yeməkləri və kulinariya məmulatlarını – şorbaları (tərkibində ət, quş, balıq, göyərti və ya yumurta olan), ikinci yeməkləri (tərkibində ət, quş və ya balıq olan), sousları, şirin yeməkləri və s. hazırlayır
- Müxtəlif diyetik yeməkləri hazırlayır
- Yeməkləri porsiyalara bölür
- Aşağı dərəcəli aşpazları təlimatlandırır
- İş saatı: 08:00-dan 18:00-dək
- Nahar forma şirkət tərəfindən verilir
Namizədə tələblər:
- Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə
- Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə
- Daxili intizam qaydalarına, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət edilməsinə
- Mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına
- Müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə
- Aşpaz əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər