Qısa məzmun
Azexim Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. Gündə 3 dəfə qidalanma şirkət tərəfindən təmin edilir.
Şirkətimizin Cəbrayıl rayonunda yerləşən baza-düşərgəsinin yeməkxanası üçün aşpaz axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Mətbəxin idarə edilməsi və təmizliyə nəzarət
- Tərtib olunmuş menyuya əsasən 100-150 nəfərlik yeməkləri hazırlaya bilməli
- Komandada işləməyi bacarmalı
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək
- Əsas yeməkxanadan sahədə çalışan işçilər üçün nahar yeməyinin göndərilməsinin təşkili
Zəruri tələblər:
- Müvafiq sahədə (catering – işçi yeməkxanası üzrə) ən azı 3 il iş təcrübəsi olmalı
- Yalnız kişi namizədlər
- Yaş: 28-55
İş şəraiti:
- İş yeri: Qarabağ, Cəbrayıl rayonu
- Müasir standartlara uyğun yataqxana, sosial-idman təsisatları
- Gündə 3 dəfə qidalanma şirkət tərəfindən təmin edilir
- Füzuli rayonu, Əhmədbəyli kəndi yaxınlığında magistral şosseyədək servis avtobusu var
Əmək haqqı bilik və bacariqlara əsasən müsahibə zamani təyin olunacaq.