Qısa məzmun
Novikov Cafe Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri barədə məlumat:
- Menyu üzrə yeməklərin hazırlanması üçün müxtəlif növ bişirmə metodlarını icra etmək;
- Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq;
- Bişirmək üçün nəzərdə tutulan ərzaqları kəsmək və hazırlamaq;
- Sobaların, ocaqların və digər avadanlıqların temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanılmasını və bişirilməsini təmin etmək;
- Eyni zamanda bir neçə sifariş üzrə işləyən zaman hər bir müştəri tərəfindən sifariş verilən məmulatları dəqiq şəkildə bişirmək;
- Yemək bişirilməzdən əvvəl və ya sonra mətbəxi və avadanlıqları təmizləmək;
Namizədə tələblər:
- Sahə üzrə mütləq iş təcrübəsi;
- Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması;
- İş vaxtı təmiz və nizamlı görünmək;
- Kollektivdə işləmək bacarığı;
- Azərbaycan və rus dili biliyi şərtdir, ingilis dili arzu olunandır.
İş şəraiti:
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- 5 günlük iş həftəsi;
- İş növbəlidir və qrafik əsasında tənzimlənir;
- Nahar təmin edilir;
- Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
- Əmək haqqı təcrübə və bacarıq əsasında təyin ediləcəkdir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini e-mail ünvanına, mövzu hissəsində vakansiya adını “Aşpaz” qeyd edərək göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...