Qısa məzmun
Smarton Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:
Topdan və pərakəndə satış
- Korporativ satış
- SmartOn.az onlayn mağaza üzərindən satış
- Rəsmi və avtorizə olunmuş servis mərkəzləri
Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.
Vəzifə öhdəlikləri:
- Gündə 2 çeşiddə yeməklərin bişirilməsi
- Porsiyaların düzgün şəkildə bölüşdürülməsi
- Yeməkləri hazırlayarkən israfçılığa yol verilməməsi
- Yeməklərin servis edilməsi
Namizədə qarşı tələblər
- İşində səliqəli olmalı
- İnsanlarla xoş ünsiyyət yaratmalı
- İşini sevərək yerinə yetirilməli, təşəbbüskar olmalı
- Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu bilməli və işini icra edərkən əməl etməli
- Əməkdaşların xüsusi pəhriz istəklərini və pəhriz narahatlıqlarını nəzər alaraq individual yanaşmalı
- Gülərüz və dürüst olmalı
- Milli və xarici mətbəxin yeməklərini bişirməyi bacarmalı
- Restoran, otel sahəsində təcrübəli namizədlərə üstünlük veriləcək
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Əmək haqqı 800 azn
- İş qrafiki: 08:00-17:00, həftədə 5 gün
Əlaqə:
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.