Qısa məzmun
PASHA Insurance Assistans mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi;
- Öz səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi;
- Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərinə yazılı məlumat verilməsi;
- Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması;
- Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi;
- Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması;
- Gündəlik, həftəlik, aylıq, illik performansın dəyərləndirmə və monitorinq prosesi zamanı bildirilən geribildirimi qəbul edərək üzərində işləmək;
- Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək;
- Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşməsi məqsədi ilə birbaşa rəhbərinə yeni ideya və təkliflər irəli sürmək;
- Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil: sığorta və ya hüquq sahəsində təhsilə üstünlük verilir;
- Müvafiq vəzifədə ən azı 1-2 illik təcrübə: Müştəri xidmətlər sahəsində minimum 1 il iş təcrübəsi (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
- Azərbaycan və Rus dillərinin sərbəst bilikləri, işgüzar İngilis dili biliyinə üstünlük verilir;
- Microsoft Office bilikləri.
Bacarıqlar:
- Ünsiyyətçilik;
- Dəqiqlik;
- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Analitik düşüncə tərzi;
- Stressə davamlılıq.
İş şərtləri:
- Növbəli iş qrafiki.
Son müraciət tarixi: 29 iyul 2022
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Oxşar vakansiya siyahısı:
AccessBank Müştəri Xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (İsmayıllı filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Port Rivoli Baku Qeydiyyatçı (Receptionist) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Ofis işləri üzrə Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Arena Plaza Hotel & Apartments'ə Qeydiyyatçı axtarışındayıq. ...
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...