Qısa məzmun
PASHA Insurance Assistans mərkəzinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəliklər:
- Assistans Mərkəzinin gündəlik fəaliyyətinin yoxlanılması, gün ərzində zənglərə cavab verilməsi prosesinə və operatorların online və ya offline statuslarına nəzarət etmək, zənglərin canlı axışını izləmək və xətdə gözləyən zənglərin dərhal cavablandırılmasına əmin olmaq, gecə və gündüz növbələri zamanı buraxılmış zəngləri yoxlamaq və həmin zənglərə geri dönülməsini təmin etmək;
- Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamların araşdırılaraq tənzimlənməsi;
- “Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi”;
- Dövlət və qeyri-dövlət qurumlar ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
- Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
- Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;
- Şöbə əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
- Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;
- Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin Departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;
- Keyfiyyəti yaxşılaşdırmaq, səhvləri minimuma endirmək və əməliyyat performansını izləmək üçün zəngləri izləmək ;
- Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;
- Birbaşa rəhbərin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
- Ali təhsil;
- Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Yüksək səviyyədə Azərbaycan dili mütləqdir. Yaxşı səviyyədə İngilis və Rus dili bilikləri arzuolunandır;
- Mövcud qanunvericilik(lər) barədə biliklər.
Təcrübə:
- Sığorta və ya əlaqəli sahədə 4-5 il iş təcrübə mütləqdir. Əlavə olaraq, sığorta iddialarının tənzimlənməsi və ya çağrı mərkəzi təcrübəsi olması arzuolunandır.
Bacarıqlar:
- Yaxşı ünsiyyət bacarığı;
- Problemlərin həlli;
- Komanda ilə işləmək;
- İdarəetmə və koordinasiya;
- Əməkdaşları daha yaradıcı işə təlqin etmək ;
- Məntiqi və analitik düşüncə;
- Stresə davamlılıq;
- Emosional stabillik və məsuliyyətli olmaq.
Son müraciət tarixi: 15.09.2022
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...