Audio/Video Texnik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Marriott Hotel Boulevard Audio/Video Texnik vəzifəsi üzrə vakansiya elan edir

Ünvan: Azərbaycan, Bakı şəh. Xəqani Rüstəmov küç 4C

Son müraciət tarixi: 31.08.2022

Vəzifə öhdəlikləri:

  • Tədbirdən əvvəl hazırlıq zamanı və ya tədbir keçirilən gün texnika və kommunikasiya ehtiyacları ilə bağlı müştərilərə yardımçı olmaq;
  • Tədbir keçirilən əraziyə gələn, texnika və kommunikasiya vasitələrini quraşdıran tədbir təşkilatçılarını qarşılamaq;
  • Xüsusi texnika və kommunikasiya vasitələri ehtiyaclarının ödənilməsi üçün müştəri tərəfindən seçilmiş kənar podratçıları istiqamətləndirmək (köməklik göstərmək);
  • Tədbir proqramında razılaşdırılmış və icarəyə verilmiş, Boulevard Hotel Baku otelinə məxsus audio-video texnika və kommunikasiya vasitələrinin planlaşdırılması və quraşdırılması, quraşdırılma işlərinin tədbirin başlanmasından ən azı 1 saat əvvəl sona çatdırılmasını təmin etmək;
  • Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya vasitələri, o cümlədən səs, işıqlandırma, proyeksiya avadanlıqları və internet xidmətləri (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) haqqında ətraflı məlumata malik olmaq;
  • Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya avadanlıqları üçün müntəzəm texniki xidmət təşkil etmək;
  • Bütün avadanlıqlar üçün ehtiyat hissələrin təchizatını təmin etmək (məs. LCD proyektorun başlıqları və s.);
  • Tədbirdən sonra otelə məxsus bütün avadanlıqların demontaj edilməsi və anbara yerləşdirilməsini təmin etmək;
  • Texnologiya və kommunikasiya vasitələrinə nəzarət otağında təmizlik və texniki təhlükəsizliyi təmin etmək;
  • Hər hansı avadanlığın işləməməsi ilə bağlı menecerə məlumat vermək və müvafiq profilaktik texniki yoxlama işlərini həyata keçirmək.

Namizədə olan tələblər:

  • Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
  • Texniki təhsil;
  • Texniki təhlükəsizlik, yanğınsöndürmə avadanlıqları barədə biliklər;
  • Peşəkar səviyyədə AV avadanlıqlarının, fərdi kompüterlərin/noutbukların qurulması və işə salınması bacarıqları;
  • Təmir və lehimləmə işlərinin aparılması baçarıqları;
  • Sxemlərin, mikrosxemlərin iş prinsipini və funksiyalarını bilməli;
  • Sadalanan avadanlıqlar barədə biliklər üstünlük hesab edilir: Crestron, Symetrix, KanexPro, Rane, Denon, AMP, Shure, HP, Bosch;
  • Çevik iş qrafiklərində işləmək bacarığı;
  • Əməyin təhlükəsizliyi və sağlamlığı qaydalarına dair möhkəm anlayış;
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Audio/Video Texnik” qeyd edərək CV-lərini elektron ünvanına 31 avqust 2022-ci il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Proqramçı

Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT MMC

01.04.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.03.2025 - Bakı