Qısa məzmun
Avis Tibbi marketlər şəbəkəsi Audioloq vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər
- Müalicə işi ixtisası üzrə ali təhsil
- Xarici dil bilikləri ( rus və ingilis dilləri üzrə danışıq səviyyəsi yaxşı olan namizədlərə üstünlük veriləcəkdir)
- Ofis proqramları üzrə bilgili olması
- İş rejimini tam tam iş qrafikinə uyğunlaşdıra bilən
- İş təcrübəsi olmayan namizədlər də dəyərləndirməyə alınacaqdır
İş barədə məlumat
- Pasientlərin qəbulu və audiometriya müayinələrinin aparılması
- Müayinə nəticəsində uyğun eşitmə cihazının təyin olnması
- Əməkhaqqı : başlanğıc – 400-600 azn
- İş rejimi : tam iş qrafiki
- İstirahət günü : Həftədə 1 gün
- Şəhər : Gəncə
- Yaş : 22-32
- Təcrübə : 1 ildən 3 ilə qədər
- Qeyd : Karyera üzrə iləriləmə və əməkhaqqı məbləğində artım imkanları mövcuddur
AVİS Tibbi Marketlər Şəbəkəsi qurulduğu 1998-ci ildən etibarən Azərbaycanda müasir, dünya standartlarına uyğun əczaçılıq sisteminin qurulmasında mühüm rol oynayıb. Bu sektorda dünyada və Türkiyədə baş verən innovativ yeniliklərin Azərbaycan əczaçılıq bazarına tətbiq edilməsində AVİS Tibbi Marketlər Şəbəkəsinin rolu danılmazdır. Həmçinin, fəaliyyətdə olduğu müddətdə, eyni zamanda yüzlərlə praktik cəhətdən təcrübəli əczaçı yetişdirilməsində əvəzsiz fəaliyyəti olub. AVİS Tibbi Marketlər Şəbəkəsinin fəaliyyəti pərakəndə əczaçılıq sektorunda birbaşa müştəriyə xitab edir. Daim yüksək keyfiyyətli məhsul və xidmətlərə üstünlük verən şirkətimiz əsasən 4 istiqamətdə fəaliyyət gostərir:
- Aptek
- Tibbi market
- Optika
- Eşitmə Mərkəzi
Müraciət üçün hr@avismed.az və adadasova@avismed.az ünvanına elanın başlığını qeyd edərək cv göndərə bilərsiniz
- Müqavilə: Əmək müqaviləsi
- Tel: 051 731 85 55
- Tel: (012) 502-47-17
- Əlaqə: Ayan Dadaşova
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Tempus MMC şirkəti Məhsul üzrə Menecer (Product-menecer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Tempus MMC şirkəti Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...