Qısa məzmun
Avromed Company QSC Audit köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Audit sahəsinə aid nəzəri biliklər olmalıdır.
Vəzifə icmalı:
- Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsində iştirak edir.
- Nəzarət çatışmazlıqlarını aşkar etmək üçün audit prosedurlarının həyata keçirilməsində iştirak edir.
Əsas funksional vəzifələr:
- Audit Layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək;
- Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
- Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Bilik, bacarıqlar və təcrübə:
- Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil);
- Ali iqtisadi təhsil
- Audit sahəsinə aid nəzəri biliklər;
- Müvafiq iş təcrübəsi: 1 ilə qədər;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı.
- Ölkədaxili ezamiyyələrdə iştirak etmək imkanı.
Oxşar vakansiya siyahısı:
Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
450₼
Kredit mütəxəssisiƏmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...