Qısa məzmun
AzMonbat Audit Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı olmalıdır.
İşin təsviri:
- Audit Komitəsi tərəfindən təqdim edilən ümumi təlimatlar çərçivəsində:
- Təyin olunmuş audit sahəsi üzrə geniş və ətraflı audit planı hazırlamaq.
- Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymətləndirmək.
- Təyin olunmuş daxili audit layihələrinin fəaliyyətini təmin etmək.
- Rəhbərliyi audit əhatəsinə dair hesabatlar və təyin olunmuş sahə üzrə audit fəaliyyətinin nəticələri ilə təmin etmək və eyni zamanda həmin nəticələrin düzgün izahını verərək yoxlama qrafikini və əhatəsini optimallaşdırmaq.
- İdarəetməyə fokuslanmış daxili audit fəaliyyətinin səmərəliliyini artırmağa yönləndirilmiş tapşırıqları effektiv idarə etmək.
- Daxili audit şöbəsinin fəaliyyətinin təşkil və idarə olunması.
- Daxili audit işçilərinin peşəkarlığını artırmaq məqsədilə təlimlər keçirmək və bu yöndə istiqamət vermək.
- Yekun hesabatları hazırlayaraq, həmin hesabatların məzmununu cavabdeh rəhbərlər ilə müzakirə etmək.
- Audit Komitəsinə hesabat vermək.
- Kənar auditorlar və digər nəzarət orqanları ilə ünsiyyət yaratmaq.
Tələblər:
- İdarəetmə və məxfiliyi diqqət mərkəzində saxlamaqla bölmələr arasında əməkdaşlığın aparılması və effektiv ünsiyyətin qurulması.
- Mühasibatlıq və ya Daxili Audit üzrə rəsmi peşəkar attestasiya (CA, CMA, CGA, ACCA və ya CIA) üstünlükdür.
- Məhdud informasiya şəraitində risk, problem və həllərin düzgün müəyyən edilməsi.
- Mürəkkəb peşəkar məsələləri, qabaqcıl nöqtələrin müəyyənləşdirilməsi və bu məsələlərin strukturlaşdırılmış, analitik şəkildə həllinə səbəb olan bir maraq sərgiləməsi.
- Daxili Auditorlar İnstitutunun Beynəlxalq Peşəkar Təcrübə strukturu haqqında dərin biliklərə malik olmaq.
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (İFRS) və Beynəlxalq Audit Standartları (ISA) haqqında dərin biliklər.
- Nəzəri anlayışların tətbiq olunma məqamını düzgün və səlis müəyyən etmə və tanıya bilmə bacarığı.
- Risk və nəzarət konsepsiyalarını səlis anlama və tətbiq etmə bacarığı.
Bacarıq, bilik və təcrübə:
- Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
- Biznes, Mühasibatlıq və ya Maliyyə, Audit ilə əlaqədar sahələr üzrə bakalavr dərəcəsi;
- Mükəmməl Azərbaycan dili, yaxşı rus və ingilis dil bilikləri;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı;
- İş ilə bağlı səyahət etmək imkanı;
- Daxili Audit İnstitutunun standartları və COSO haqda güclü biliklər;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları, Beynəlxalq Audit Standartları, müvafiq qanuni tələblər, vergi qanunvericiliyi və digər dövlət qanunvericilikləri üzrə iliklər.
- Daxili Audit, İnformasiya Təhlükəsizliyi, Risklərin İdarə edilməsi, Dələduzluq və Daxili Nəzarət üzrə diplom və sertifikatların mövcudluğu
- Risk menecment haqqında ümumi biliklər
- İT auditi sahəsində ümumi biliklər
Qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, məktubun mövzu hissəsində Audit Meneceri qeyd edərək CV-ləri cv@azmonbat.com ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...