Qısa məzmun
Abacus Audit And Consulting Vergi uçotu üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dillərini bilməlidir.
İş barədə məlumat:
- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Şirkətlərin maliyyə departamentləri tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması, menecment üçün hesabatların etibarlılığına dair rəylərin hazırlanması
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi
- Risk və kontrolların müəyyən edilməsi, dəyərləndirilməsi və sənədləşdirilməsi
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət olunması
- İlkin sənədləşmədən son hesabatlara kimi bütün muhasibat yazılışlarının araşdırılması və səmərəli hesabatlıq sisteminin təsis olunması
- Audit nəticələrinə dair hesabatların dövri olaraq təqdim olunması
- Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması
- İş qrafiki həftədə beş gün I-V günlər, saat 9:00-dan 18:00 dək
Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən 2500 -3500 manat aralığında həmçinin, auditin düzgün, ətraflı, tam əhatə edilməsinə görə əlavə mükafatlarda(bonuslar) ödənilir
Tələblər:
- İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
- ACA, ACCA, CİSA vəya bənzəri istiqamətlər üzrə təhsil, İFRS-i yaxşı bilmək
- Maliyyə vəya mühasibatlıq sahəsində 3-4 il iş təcrübəsi
- “Big 4” Audit şirkətlərində iş təcrübəsi arzuolunandır
- İngilis və rus dillərini bilmək
- Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
Maraqlanan namizədlər, xahiş edirik CV-lərinizi zemfira.zeynalova@abacusaudit.az elektron ünvanına yollayasınız.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...