Qısa məzmun
Matanat A şirkəti Auditor vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Təsdiq olunmuş İllik Audit Planına və rəhbərin göstərişlərinə uyğun olaraq təyin edilmiş audit layihələrində, monitorinq və təqib auditlərdə və xüsusi auditlərdə iştirak etmək;
- Audit layihəsi çərçivəsində müəyyən edilmiş audit prosedurlarını həyata keçirmək (biznes proseslərinin sahibləri ilə müsahibələr aparmaq, məlumat toplamaq, əldə edilmiş məlumatları təhlil etmək və s.) və aşkar edilmiş çatışmazlıqlar barədə layihə rəhbərinə məlumat vermək;
- Audit layihəsi çərçivəsində həyata keçirilən risklərin idarə edilməsi, monitorinq və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
- Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkət rəhbərliyi tərəfindən razılaşdırılmış audit tövsiyyələrin icrasına nəzarət edilməsi;
- Audit layihəsi üzrə iş proqramının hazırlanmasına rəhbərliyə köməklik göstərmək;
- Audit hesabatının hazırlanmasında rəhbərə dəstək olmaq;
- Auditin həcmi və vaxtı haqqında hesabatın hazırlanmasına köməklik göstərmək;
- Layihə rəhbəri və Daxili Audit Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
Tələblər:
- Ali iqtisadi və ya hüquq təhsili (digər sahələr üzrə Ali təhsil olduqda müvafiq sahələrdə ən azı 3 il iş təcrübəsi);
- Müvafiq iş təcrübəsi: 3 ildən artıq ümumi iş təcrübəsi, bunun 1 ildən çoxu auditlə bağlı vəzifələrdə;
- İstehsal sektorununda iş təcrübəsi üstünlükdür;
- CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) üstünlükdür.
- Tələb olunan bacarıqlar
- İstehsal sektorunu tənzimləyən normativ sənədləri bilməsi arzuolunandır;
- Audit prosedurlarının yerinə yetirilməsi üçün müvafiq sektor və biznes prosesləri haqqında biliklər;
- Detallara yüksək diqqət və əla analitik bacarıqlar;
- Ünsiyyət bacarıqları;
- Müstəqil və ya komanda daxilində, az və ya heç bir nəzarət olmadan işləyə və ardıcıl müstəsna iş yarada bilən;
- Audit standartları və prosedurları, qanunlar, qaydalar üzrə biliklər;
- Vergi və əmək qanunvericiliyi üzrə biliklər üstünlükdür;
- MS Office, mühasibat proqramları və verilənlər bazaları üzrə qabaqcıl kompüter bacarıqları;
- İşgüzar Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
- Ağlabatan müstəqil mühakimə.
Cavabdehlik:
- Effektiv risk və nəzarət qiymətləndirməsini həyata keçirmək;
- Auditləri vaxtında başa çatdırmaq və hesabatları birbaşa rəhbərinə təqdim etmək;
- Audit nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq;
- İşgüzar səfərlər həyata keçirtmək;
- Biznesin bütün müvafiq daxili tələblərə, sənaye qaydalarına və hökumət qanunvericiliyinə uyğun olmasını təmin etmək.
Xüsusi tələblər:
- Sürücülük vəsiqəsi – B” kateqoriyası olması mütləqdir;
- Şəxsi avtomobilin olması mütləqdir.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...