Daxili Audit departamentinə auditor / baş və aparıcı auditor
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Daxili Audit departamentinə auditor / baş və aparıcı auditor vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı Daxili Audit departamentinə baş auditor / aparıcı auditor / auditor vəzifələrinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (İqtisadi/Hüquqi);
  • Əlaqədar sahələrdə minimum 3 illik iş təcrübəsi (Maliyyə Sektoru və Böyük audit dördlüyü) olan;
  • Analitik və tənqidi düşüncə, detallara diqqət, məntiqi mülahizə, zamanın idarə olunması və ünsiyyət bacarıqlarına sahib olan;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı bilən;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı olan;
  • Son 6 ay ərzində intizam tənbehi (yazılı xəbərdarlıq və töhməti) olmayan şəxsdir.

QEYD: CIA, ACCA kimi beynəlxalq sertifikatlara malik olan, VBA, SQL, Python tipli proqramlarda işləmə bacarığı olan namizədlərə üstünlük veriləcəkdir.

Görəcəyiniz işlər:

  • İdarəetmə, risklərin idarəedilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyinin, səmərəliliyinin təhlili, o cümlədən requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunun qiymətləndirilməsi;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrinin icrası və ya idarə edilməsi;
  • Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
  • Bankın fəaliyyətini əhatə edən biznes proseslərin təhlili və qiymətləndirilməsi, o cümlədən proseslərin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunun və
  • ekvatlığının qiymətləndirilməsi;
  • Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının qiymətləndirilməsi;
  • Audit zamanı sahə işlərinin aparılması, auditin nəticələri, verilmiş tövsiyələr eləcə də onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
  • Audit tövsiyələrinin icra səviyyəsinin yoxlanılması;
  • Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasının qiymətləndirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Daxili auditor” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
Daxili audit işinin spesifikliyini nəzərə alaraq müraciət edərkən müvafiq link (https://mbti.az/#home ) üzrə testdən keçməyiniz və test nəticələrini məktuba əlavə etməyiniz arzuolunandır.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...

Expressbank ASC

18.02.2025 - Bakı

Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

17.02.2025 - Bakı

1500 — 2000 ₼
Aparıcı Mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

17.02.2025 - Bakı

Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis

ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...

ATB Bank

17.02.2025 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

17.02.2025 - Bakı

500 — 600 ₼
Kredit üzrə mütəxəssis 

GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...

GL ASC

17.02.2025 - Yevlax

Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi

Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...

Rabitabank OJSC

11.02.2025 - Kürdəmir

Mühasib köməkçi

Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group

10.02.2025 - Bakı

Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi

ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

06.02.2025 - Bakı

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

06.02.2025 - Bakı

Bank sistemlərinin təhlükəsizliyi şöbəsinin Aparıcı mütəxəssisi

“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...

Rabitabank OJSC

06.02.2025 - Bakı

1200 — 1500 ₼
Maliyyə hesabatlılığı üzrə mütəxəssis

AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

05.02.2025 - Bakı