Qısa məzmun
Intex Audit şirkəti Auditor – Maliyyəçi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
- Minimum 5 il auditor və maliyyəçi təcrübəsi olmalı;
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
- Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
- 1C 8.3 və ya LOGO mühasibat proqramlarında, Office proqramlarında (Excell, Word və s.) və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
- Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi əlavə dəyərləndiriləcək.
- ACCA / CPA sertifikatları olanlara üstünlük veriləcək.
- Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Vəzifələr:
- Maliyyə hesabatlarının Auditini aparmaq, maliyyə hesabatları və auditin nəticəsinə dair məlumat hazırlamaq;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını təhlil etmək və nəticələr barədə hesabat hazırlamaq;
- Gəlir və xərclərin auditi (alış və satış qaimələri, əmək haqqı hesablama cədvəlləri, bank və kassa çıxarışları əsasında dövriyyə cədvəlinin yığılması, balansın hazırlanması);
- Mühasibat uçotunun Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmasını təhlil etmək və nəzarət etmək;
- Mal varlıqlarının inventarizasiyasını aparmaq və nəticələrə uyğun hesabat hazırlamaq;
- Firmadaxili aylıq maliyyə hesabatlarını hazırlamaq;
- Daxili nəzarət (audit);
- Vergi risklərini hesablamaq və hesabat hazırlamaq;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00);
- Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)
Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını email adresinə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...