Qısa məzmun
Diamed Co MMC Avtobus Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.
- Ərazi: Bakı şəhəri,Həsən Əliyev 493
- İş rejimi: Tam iş günü (6 gün) saat 09-00 dan 18-00 dək
İş barədə məlumat:
- Şirkət tərəfindən təmin olunmuş avtomobilin düzgün idarə olunmasını, daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək
- Lazım gələrsə məhsulların yüklənməsinə və boşaldılmasına kömək etmək
- Şöbənin təqdim etdiyi sifarişlərə əsasən malların maşına qaimə əsasında yüklənməsi və satış nöqtələrinə, müştərilərə vaxtında çatdırılmaq
- Ofisdən təqdim olunan sənədlərin ünvanlara çatdırmaq
- Şirkət tərəfindən təhkim olunmuş avtomobili təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
- İdarə etdiyi avtomobilin sazlığı və nasazlığı barədə birbaşa rəhbərə məlumat vermək
- Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq
- Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək
Namizədə tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi
- Sürücülük vəsiqəsi ( B,C kateqoriyası )
- Bakı şəhərində əraziləri tanıma – yaxşı səviyyədə
- Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə
- İntizamlılıq, vicdanlı, məsuliyyətli, dürüstlük
Uyğun CV-ləri mövzu yerinə “Sürücü” yazaraq elektron ünvanına göndərməyiniz xahiş olunur
Oxşar vakansiya siyahısı:
800 — 1200 ₼
GPS üzrə mütəxəssisİceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...