Qısa məzmun
Mətanət A AvtoElektrik vəzifəsi üzrə vakansiya elan edir. Səliqəli, çevik, operativ çalısan, bacarıqlı olmalıdır.
İşin təsviri:
- Gündəlik olaraq istismar olunan bütün yük, minik maşınlarının və ağır tonnajlı texnikalarının kompyuter diaqnostikasını aparmalı və aşkar edilmiş nasazlıqları aradan qaldırmalı
- Yük, minik avtomobillərində və ağır tonnajlı texnikalarda elektrik işlərini görməli;
- Yük, minik avtomobillərinin və ağır tonnajlı texnikaların dinamasını və starterini təmir etmək, yağlamaq, düzəltmək və digər ehtiyat hissələrini dəyişdirmək;
- Avtomobillərin işlək vəziyyətdə olmasını təşkil etməli;
- Yeni avadanlığın qəbulu və quraşdırılmasında iştirak etmək;
- Təhkim olunmuş, kompyuter vasitəsini, əl alətlərindən düzgün qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq;
- Görülmüş işlər haqda iş qeydləri aparmaq və əlavə işlər müəyyən edildikdə mexaniki məlumatlandırmaq;
- İş yerinin təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
- Təhlükəsizlik standartlarına riayət etməklə böyük dəqiqliklə təmir işlərini aparmalı;
- Nəqliyyat şöbəsinin müdiri və Mexanik tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirməli.
- Gördüyü işlər barədə birbaşa rəhbərini mütəmadi olaraq məlumatlandırmalı;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş saatı: 09:00 dan 18:00 dək.
- İş günü: Həftənin 6 günü.
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət: Bazar günü.
- Servis xidməti mövcuddur;
- Nahar şirkətdə verilir;
- İş yeri: Bakı-Sumqayıt şosesi, Masazır dairəsinin yaxınlığı.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
Tələblər:
- Yaş həddi: 22-55
- Təhsil: Orta texniki
- Dil bilikləri: Azərbaycan dili (Rus dili arzuolunandır),
- Daxili Əmək İntizam Qaydalarına riayət etməli;
- Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
Şəxsi keyfiyyətləri:
- İşə planlı yanaşmaq bacarığı;
- Məsuliyyətli
- İşində dəqiqlik
- Təmkinlilik, etibarlılıq
- Səliqəli, çevik, operativ çalısan, bacarıqlı.
- Verilən işin öhdəsindən vaxtında gəlmək
Qeyd:
- CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...