Qısa məzmun
İnvestel Group Avtokar sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Müvafiq texnikanı idarə etmək üçün sertifikatı olmalı;
- Avtokarın düzgün və təhlükəsiz idarə edilməsi üzrə bilik və bacarıqları olmalı;
- Müvafiq sahə üzrə iş stajı olmalı;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
- Texnikanın mexaniki problemlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması bacarığına sahib olmalı.
Vəzifə funksiyaları:
- Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi;
- Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
- İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
- Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək, aşkar etdiyi bütün nasazlıqlar haqqında sahə rəisinə məlumat vermək;
- Şirkətdaxili intizam qaydalarına əməl etmək.
İş yeri: Hökməli qəsəbəsi,Atyalı
Maaş: 600 AZN
İş təcrübəsi : ən azı 3 il iş təcrübəsi;
Yaş : 25-45
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Avtokar sürücüsü”yazaraq göndərmələri və yaxud göndərilməsi və yaxud +994555007673 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Oxşar vakansiya siyahısı:
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...
Sürücü
Mətanət A Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Sürücü
Mətanət A şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...