Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerbaijan Coca-Cola Bottlers Avtokar Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.
ŞİRKƏT HAQQINDA:
Azərbaycan Coca-Cola Bottlers şirkəti Coca-Cola Şirkətinin qazlı və qazsız içkilərini Azərbaycan daxilində istehsalı, satışı və paylanmasını həyata keçirir. Fəaliyyətinə 1994-cü ildə başlamış, 2007-ci ildə isə Coca-Cola İçecek-in (CCI) tərkibinə daxil olmuşdur.
Azərbaycan Coca-Cola Bottlers 1 zavod və 300-dən çox əməkdaşı ilə 10 milyon istehlakçıya xidmət göstərir. Məhsul portfelinə Coca-Cola, Coca-Cola light, Coca-Cola zero, Bonaqua, Burn, Cappy, Doğadan, Fanta, Fuse Tea, Sprite kimi brendlər daxildir.
İş barəsində məlumat:
- Şirkətə aid bütün boşaltma-yükləmə və daşıma işlərindən cahabdehdir.
- İdarə etdiyi forklifti günlük texniki kontrolundan keçirmək.
- Yükləyib-boşaltdığı və ya daşıdığı malın zərər görməməsindən cavabdehdir.
- Yol hərəkət qaydalarına riayət etmək.
- Şirkətin bütün prosedurlarına və Texniki təhlükəsizlik qaydalarına əməl etmək.
- İdarə etdiyi forkliftin davamlı olaraq yaxşı vəziyyətdə olmasına cavabdehdir.
- Ekologiya ilə bağlı periodik olaraq aldığı təlimlərlərin əsasını təşkil edən Azərbaycan Respublikasının bu sahəni tənzimləyən qanunvericiliyi və Şirkətin daxili prosedurlarına uyğun standartlara riayət etmək.
- ISO 9001; FSSC 22000; ISO 14001 və OHSAS 18001 tələblərinə uyğunluğu təmin etmək
- Bütün yükləmələrin zamanında yerinə yetirmək.
- Anbar müdirinin bütün tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək.
- İş mövsümidir
- İş 3 növbəlidir
- İşçilər servis avtobusu və nahar ilə təmin edilir
Namizədə olan tələblər:
- Yaş həddi – 25-45
- Orta təhsil
- Qeyd olunan sahədə iş təcrübəsi
- Forklift sürücülük vəsiqəsi mütləqdir
Müraciət etmək üçün vakansiyanın adını “Mövzu” bölməsində qeyd edərək, CV formanızı hr@cci.com.az ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...