Qısa məzmun
AzerFloat Avtomatlaşdırma üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəlikləri:
- Yeni xətlərin, avadanlıq və cihazların ilkin testini və istehsalatda işə buraxılmasını təmin etmək;
- Avtomatika sistemlərində istifadə edilən texnologiyaları tətbiq etmək;
- Sahə cihazlarının kalibrlənməsi və parametrlərinin dəyişdirilməsini təmin etmək;
- Tezlik çeviricilərinin (invertor) konfiqurasiya edilməsi və parametrlərinin dəyişdirilməsini təmin etmək;
- Prosesin kritik nöqtələrində axın, səviyyə, temperatur, sürət və təzyiq verici və çeviricilərinin konfiqurasiya edilməsini və işə buraxılmasını təmin etmək;
- Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə sənədlərini hazırlamaq;
- Texnoloji prosesin fasiləsiz çalışmasını təmin etmək üçün avtomatik idarəetmə və ölçmə cihazlarının ehtiyyat hissələrini sifariş etmək;
- Texniki sənədləri hazırlamaq və elektrık / avtomatika sxemlərini çəkmək;
- PLC- lərin giriş/çıxış siqnallarını yoxlamaq;
- Tabeçiliyindəki işçilərin Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizlik qayda və təlimatlarının tələblərinə riayət etməsini zamanında yoxlamaq;
- Təlimatların, sxemlərin, rejim xəritələrinin və digər ölçmə/kalibrləmə inventarlarının səliqəli saxlanmasını təmin etmək;
Bilməlidir:
- Proqramlana bilən loqik kontrollerlərin (PLC) proqram yazılımının və quraşdırılmasının, konfiqurasiyası və optimallaşdırılmasının əsaslarını bilmək;
- PLC ilə təchiz olunmuş proseslərin, xətlərin və maşınların texnoloji ve elektrik sxemlərini oxuya bilmək;
- Təzyiq, tempratur, səviyyə, axın və.s parametrlərin PİD tənzimləyicisi vasitəsi ilə tənzimləmə prinsiplərini bilmək;
- Çoxfunksiyalı kalibrləmə və HART kommunikator cihazları vasitəsi ilə sahə cihaz və avadanlıqlarının kalibrlənməsi və ölçülməsini bilmək;
- Tezlik çeviricilərini (invertor) ilkin işə buraxan zaman işçi parametrlərinin yazılmasını bilmək;
- İstehsal prosesini SCADA vasitəsi ilə idarə edilməsi alqoritmini və
- yaranmış “Fault” və “Alarm” ları SCADA vasitəsi ilə araşdıraraq problemin səbəblərini müəyyən etmək;
- Əlaqə protokolları olan Profibus, Profinet, modbus və.s protokolların iş prinsipini və xüsusiyyətlərini bilmək;
- Tezlik çeviricilərinin (invertor) proqramlaşdırılması və xətaların araşdırılması üçün “Siemens Starter” proqramını bilmək;
- P&ID və Hook up diaqramlarını oxuya bilmək;
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahəs üzrə minimum 5 il iş təcrübəsi;
- MS Office, Elektrik & avtomatika dizayn proqramları;
- Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzuolunandır);
Xüsusi bacarıqlar:
- Komandada işləmək bacarığı və işi təşkil etmə bacarığı;
- Etibarlılıq və dürüstlük;
- Düzgün analiz edə bilmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmək;
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 – 18:00;
- Tibbi sığorta;
- 20 Yanvar m/s- dan servis xidməti;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır;
Mövzü yerinə “Avtomatlaşdırma üzrə mühəndis” yazıb email ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...