B2B məhsullarının idarəolunması üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bakcell B2B məhsullarının idarəolunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında

Funksiya: Marketinq
İş qrafiki :Standart
İş müddəti : Daimi
Son müraciət tarixi : 07.10.2021

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Yeni B2B Məhsulları üçün Marketinq planı hazırlamaq;
  • Gəlir və bazar payının əldə olunması məqsədi ilə yeni məhsul və kampaniyaların hazırlanması və məhsulun inkişaf prosesindən sonrakı təhlilinədək yayınmaları müəyyən etmək;
  • Bazar tendensiyalarına nəzarət etmək, yeni B2B məhsullarına tələbatı müəyyən etmək və yeni məhsul/xidmətlər irəli sürmək;
  • B2B seqmenti üzrə abunəçilərin baza xüsusiyyətlərini, ARPU, data istifadə, gəlir üzrə yayınma hallarını və tendensiyaları müəyyənləşdirmək;
  • B2B məhsulları və rəqəmsal biznes üçün müştəri təcrübəsi, gəlir və məhsuldarlığı təkmilləşdirmək;
  • B2B Məhsullarının əsas səmərəlilik göstəricilərini təhlil etmək üçün reqressiya təhlilindən, standart yayınma halları və hipotez təhlil texnikalarından istifadə etmək;
  • B2B SIM kartlarının B2B bazarında nüfuzunun artırılması strategiyalarının həyata keçirilməsinə dəstək olmaq.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Marketinq, İqtisadiyyat üzrə Ali təhsil (MBA üzrə təhsil üstünlük hesab olunur);
  • Marketinq, Məhsulların İnkişaf etdirilməsi və ya Biznesin İdarəedilməsi üzrə 3-4 il iş təcrübəsi (Telekommunikasiya sahəsində iş təcrübəsi üstünlük hesab edilir).

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Analitika qabiliyyəti;
  • Yaradıcı düşünmə;
  • Təzyiq altında işləmə bacarığı;
  • Mükəmməl Power Point və Excel biliyi;
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili biliyi üstünlük hesab olunur).

Müraciət etmək üçün:

CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “B2B məhsullarınının idarəolunması üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı

Marketing manager

İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

21.01.2025 - Bakı