Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Food CERT B2B Satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili və rus dilinin bilməsi üstünlükdür.
Şirkət haqqında:
“Food CERT” şirkəti ISO və digər beynəlxalq standartlara görə professional məsləhət, audit, treninq, sertifikatlaşma xidmətlərini qida, kənd təsərrüfatı, sənaye, keyfiyyəti idarəetmə sahələrində uğurla həyata keçirir. Dünyaca tanınmış beynəlxalq kvalifikasiyalı təlim və sertifikatlaşdırma şirkətlərinin Azərbaycandakı rəsmi və yeganə nümayəndəsidir.
Vəzifə: B2B Satış mütəxəssisi
Vəzifə və öhdəliklər:
- Qida, sənaye, kənd təsərrüfatı şirkətlərini yaxşı tanımalı və potensial təkliflər hazırlamalı;
- Şirkətin göstərdiyi xidmətlərin satışını təşkil etmək və yüksək səviyyədə təqdim etməli;
- Potensial müştərilərlə B2B görüşlərin təşkil etməli, işgüzar danışıqların, yazışmaların və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
- Satış strategiyasını qurmalı, aylıq satış hədəflərini müəyyənləşdirilməli;
- Şirkətin təqdim etdiyi xidmətlər haqqında tam informasiyaya sahib olmalı;
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və xidmət satışının təhlili, öyrənilməsi, həcminin artırılması;
- Təklifin hazırlanması, izlənilməsi, geri dönüşlərin alınması
- Gündəlik , həftəlik və aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək
Əməkhaqqı müsahibə zamanı namizədə görə müəyyən olunacaq və həyata keçiriləcək satışa müvafiq olaraq mükafat veriləcək.
Namizədə olan tələblər:
- Ali təhsil, qida, keyfiyyət və kənd təsərrüfatı sahəsində məlumatlı olanlara üstünlük veriləcək
- Ana dilində səlis danışıq
- İngilis dili və rus dilinin bilməsi üstünlükdür
- B2B satış üzrə 3 il iş təcrübəli
- Müştəri yönümlülük, yüksək səviyyəli danışıq qabiliyyəti, təqdim etmə və inandırma bacarığı;
- Məsuliyyətli, ciddi, dürüst və nizam-intizamlı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək, öyrənmək həvəsi
- Kompyuter bilikləri : ofis proqramları
Şəkilli CV-ni mövzu hissəsində müraciət etdiyiniz vəzifəni göstərməklə info@foodcert.az ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Togas Tekstil Evi Satıcı - konsultant / məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
ZETA Group of companies şirkəti Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Togas Tekstil Evi Satıcı - konsultant / məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Merçandayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
ОБЯЗАННОСТИ: • Общение с клиентами и презентация товаров • Предоставление клиентам полной ...