Qısa məzmun
Aztelekom B2B satış şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəlikləri:
- Mənfəət və yüksək satışa nail olmaq üçün biznes planları və satış strategiyasının hazırlanması
- Şirkətin biznes planına uyğun olaraq illik və aylıq satış hədəflərinin müəyyən edilməsi
- Şirkətin ümumi biznes planları və strategiyaları üzrə məqsədlərinə nail olmaq üçün şirkət müştərilərinin tələblərini uğurla yerinə yetirmək
- B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək
- Şirkətin məlumat bazasının gələcək inkişafı üçün planların işlənib hazırlanması
- Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasını idarə edilməsi
- Satış hədəflərini planlaşdırılması və idarə edilməsi
- Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərcivəsində satış hədəflərinin icra edilməsi
- Müştəri məlumat bazasının yığılması və davamlı təklimlləşdirilməsi
- Potensial müştərilərə satış təqdimatların hazırlanması və təqdim edilməsi
- Həftəlik və aylıq satış fəaliyyəti haqda hesabatların rəhbərliyə təqdim edilməsi;
Kvalifakasiya üzrə tələblər və bacarıqlar:
- Biznes, Maliyyə, Satış,Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil;
- Korporativ satış sahəsində ən az 3 il iş təcrübəsi (Telekommunikasiya, korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Rəhbər vəzifəsində çalışmış namizədlərə üstünlük verilir;
- MS Office proqramlarında hesabat hazırlamaq bacarığı;
- Ünsiyyət bacarığı, müştərilərlə məmnunluq səviyyəsinin qorunub saxlanılması;
- Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir)
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- İdarəetmə bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Təşəbbüskar və yaradıcılıq;
- Rəqib kompaniyalardan ve trendlərdən xəbərdar olmaq;
- Vendorlarla işləmə bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Vaxtın düzgün idarə olunması bacarığı
- Təzyiq altında işləmə bacarığı
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- iş vaxtı: 09:00 – 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “B2B satış şöbəsinin müdiri” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...