Back end developer (Java)-Baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Bank Respublika” ASC Back end developer (Java)-Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

  • JAVA proqramlaşdırma dili üzrə biliklər;
  • JAVA EE işləmə prinsipi üzrə biliklər;
  • Spring Core, Spring Boot, Spring Data, Spring JPA, Spring Security üzrə biliklər;
  • RESTful API, SOAP API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
  • GIT ilə işləmə bacarığı;
  • Docker, Elasticsearch, Nomad, CI/CD, Swagger, API Gateway, Unit testing üzrə biliklər arzuolunandır;
  • BPMN bilikləri və ya oxşar texnologiya üzrə təcrübə;
  • SQL, PL/SQL üzrə biliklər arzuolunandır;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Back end developer (Java)-Baş mütəxəssis qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Proqramçı

Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT MMC

01.04.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.03.2025 - Bakı