Qısa məzmun
Ə/h 1500-2000 AZN. Prosys MMC Back end proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Ümumi alqoritm qurma bacarığı olmalıdır.
İş barədə məlumat:
- Verilən texniki tapşırığa uyğun .Net Core-da, Oracle və MSSQL Server verilənlər bazasında işləyən proqram təminatlarının REST API-lərinin, Servislərinin işlənib hazırlanması,
- Yeni proqram təminatı hazırlanması,
- Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi,
- Mövcud proqram təminatlarının inkişaf etdirilməsi,
- Proqram təminatlarının test edilməsi
- Yeni hesabatların yazılması
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Namizədə tələblər:
- Net Core, C#, MVC, EntityFramework-də iş təcrübəsi
- Web proqramlaşdırma, HTML, JavaScript, Ajax, JQuery, Angular, Typescript, RESTful, SOAP, Microservice bilmək
- SQL dilini bilmək, Oracle və MSSQL Server ilə işləyə bilmək
- Web Servis və web servis client yaza bilmək
- Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq
- Ümumi alqoritm qurma bacarığı
- OOP konseptini mənimsəmək
- Agile Software Development prinsipləri ilə iş təcrübəsi
- Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmaq
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Kollektiv şüurla komanda şəklində fəaliyyət
- Asan ünsiyyət qura bilmək
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
- Ali təhsilli olmaq
- Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmaq
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Back-End proqramçı” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.