Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Back end üzrə proqramçı vəzifəsi üzrə vakansiya elan edir.
“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Back-end Proqramçı vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Vəzifə öhdəlikləri:
- Məhsulun biznes məntiqinin, back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-lərin hazırlanması;
- Mənbə kodlarının təhlili və ehtiyaca uyğun dəyişikliklərin icra edilməsi;
- Unit və İnteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin (tools) hazırlanması;
- Kyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlili;
- Yeni texnologiyaların araşdırılması və tətbiqi;
- Qeyd: İngilis dili (intermediate) və Rus dili biliklərinin olması (arzu olunandır)
Bilik, bacarıq və təcrübə:
- Back-end proqramçı kimi ən azı 2 illik təcrübə;
- Java8, Java EE, Spring Boot üzrə təcrübə;
- Versiya Kontrol Sistemləri (Git) üzrə biliklər;
- RSTful APİ servislərin hazırlanması, istifadə olunması və tətbiqlərin performansının artırılması üzrə təcrübə;
- Obyekt yönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns üzrə biliklər;
- Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları haqqında bilik (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis);
- Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması üzrə təcrübə;
- Agile Scrum metodologiyası üzrə biliklər;
- Mikroservis arxitekturası üzrə biliklər; (arzu olunandır)
- PL/SQL bilikləri; (arzu olunandır)
- Agile komandasında proqramçı kimi iş təcrübəsi; (üstünlükdür)
- Güclü problem həlletmə bacarığı, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyəti
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 may 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back–end Proqramçı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...