Tətbiqi proqramlaşdırma şöbəsinin mütəxəssisi (Backend developer)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xalq Bank Tətbiqi proqramlaşdırma şöbəsinin mütəxəssisi (Backend developer) vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • Gələcəkdə istifadə üçün yenidən istifadə oluna bilən kodların və kitabxanaların yazılması;
  • Rahatlıqla dəyişilə bilən və təhlükəsiz həllərin arxitekturasının qurulması;
  • Mürəkkəb biznes prosesləri sürətli öyrənmək və avtomatlaşdırılması üçün proqram təminatlarının yazılması;
  • Mütəmadi olaraq yeni texnologiyaları araşdırmaq və öyrənmək;
  • SQL, PL/SQL sorğuların yazılması və optimallaşdırılması;
  • Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
  • Proqram təminatlarının yaradılması;
  • Komanda ilə işləmək və digər əməkdaşlarla biliklərini bölüşmək;
  • Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması.

Namizədə dair tələblər:

  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
  • .Net Core, .Net 5/6 haqqında biliklər;
  • Microservice arxitekturası;
  • Multithreading istifadə etməklə servislərin yazılması;
  • Dizayn və Arxitektura patternləri ilə iş təcrübəsi;
  • SOLID prinsiplər;
  • SQL Standard/Oracle SQL, PL/SQL;
  • Soap/Rest Api;
  • Service Oriented Architecture (SOA);
  • Güclü RDBMS biliyi;
  • GIT ilə iş işləmək bacarığı;
  • Front-End komandası ilə əməkdaşlıq etmək;
  • Yaxşı və sürətli problemlərin həlli bacarıqları;
  • Bank sistemləri və bank terminləri məlumatlı olmaq;
  • Təhlükəsiz həllərin işlənilməsi;
  • İngilis və rus dilləri üzrə biliklər;
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

  • E – mail:  cv@xalqbank.az
  • Telefon:  (012) 404 43 39
  • Faks:  (012) 404 43 34

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Proqramçı

Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT MMC

01.04.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.03.2025 - Bakı