Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Grand-Agro LLC Bağçılıq üzrə Kiçik sahə/sahə aqronumu vəzifəsi üzrə vakansiya elan edir.
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əlavə məlumat:
- İş yeri – Qala-Türkan qəsəbəsi
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Vakansiya – “Bağçılıq üzrə Sahə Aqronomu” və “Bağçılıq üzrə Kiçik Sahə Aqronomu”
Vəzifə öhdəlikləri:
- Bağ sahəsində aparılan aqrotexniki tədbirlərə nəzarət, bağçılıq sahəsində cari və perspektiv tapşırıqların yerinə yetirilməsi, işin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət etmək
- Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yaralı sahələrdən , işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə etmək.
- Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəsətəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənmək.
- Dövrü və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması.
Tələblər:
- Təhsil : Təhsil – Ali (Aqronomiya, meyvəçilik )
- Təcrübə: Əlaqədar sahədə minimum 1 –3 il
- Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili (üstünlük verilir)
- İT üzrə biliklər: Ms. Office, Excell əla səviyyədə
Texniki Bacarıqlar:
- Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları
- Texniki planların, eskizlərin, sxemlərin və modellərin hazırlanması və istifadəsi prosesinə cəlb olunan dizayn texnikası, prinsiplər, alətlər və qurğular barədə biliklər
Səriştəlik:
- Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Bağçılıq üzrə Sahə Aqronomu” və “Bağçılıq üzrə Kiçik Sahə Aqronomu” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.