Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Bankdaxili qərar və tədbirlərin icrasına nəzarət şöbəsi, Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Görəcəyiniz işlər:
- Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların icrasının monitorinqini həyata keçirmək;
- Bankdaxili yoxlama strukturları, eləcə də kənar audit və tənzimləyici qurumlar tərəfindən aparılmış yoxlamaların nəticələri ilə bağlı tədbir planlarının hazırlanmasına nəzarət;
- Müxtəlif yoxlamaların nəticəsi, eləcə də bankdaxili risklərin minimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanmasına və icrasına nəzarət prosesində iştirak;
- Tədbirlər planının hazırlanması və icrası ilə bağlı müvafiq strukturlara sorğular göndərmək, aidiyyəti sənədləri tələb etmək, onlardan yazılı və şifahi arayışlar, məlumatlar almaq;
Bizim üçün ideal namizəd:
- Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
- MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Bankda minimum 1 – 3 il iş təcrübəsi olan;
- Komandada iş bacarığı olan;
- Problem həll etmə bacarığı olan;
- Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Bankdaxili qərarlara və tədbirlərin icrasına nəzarət şöbəsinə AparıcıBaş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...