Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Bank Bankın Xəzinədarlıq İdarəsinin Analitik şöbəsinin iqtisadçı – analitiki vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Bankın Xəzinədarlıq İdarəsinin Analitik şöbəsinin iqtisadçı – analitiki
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İqtisadiyyat, maliyyə və ya idarəetmə üzrə ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Kompyuter bilikləri;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İŞİN TƏSVİRİ:
- Baş Xəzinə və filial xəzinələri üzrə nağd vəsait və digər qiymətlilərin hərəkətini və monitorinqini aparmaq;
- Gündəlik olaraq bankomat qalıqlarına nəzarət etmək və inkassasiya prosesini təşkil etmək;
- Müxbir hesab qalıqlarının monitorinqini aparmaq;
- Bankın yüksək likvidli və cari öhdəliklərinə nəzarət etmək;
- Bankın cəlb edilmiş və yerləşdirilmiş vəsaitlər üzrə gəlirlilik faizlərinin hesablayıb təhlil etmək;
- Şöbə tərəfindən gündəlik daxili və xarici hesabatların hazırlanmasını təmin etmək;
- Şöbəyə məxsus konkret müəyyənləşdirilmiş sənədlərin Bank arxivinə təhvil verilməsini təmin etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...