Qısa məzmun
İnci Group of Companies Barmen/Barista vəzifəsi üzrə vakansiya elan edir.
Zəhmət olmasa İnci Group of Companies-də mövcud olan “Barista” vakansiyasını saytınızda yerləşdirməkdə köməklik göstərəsiniz.
Namizədə dair tələblər:
- Bu sahədə minumum 1 il iş təcrübəsi;
- Müştərilər ilə işləmək bacarığı;
- İşində cəld, məsuliyyətli və detallara diqqət yetirən;
- Səliqəli və təmizkar olmalı;
- İş yerinin və iş avadanlığının təmizliyini təmin etmək;
- 20-30 yaş aralığı.
İş barədə məlumat:
- Müxtəlif növ çay və qəhvə, isti və soyuq içkiləri hazırlamaq;
- Daxil olan müştəriləri salamlamaq;
- Müştərilərə menyunu təqdim etmək və menyu (içki və şirniyyatların tərkibi) ilə bağlı sualları cavablandırmaq;
- Sifariş qəbul edərkən detallara diqqət yetirmək;
- Express barda təqdim olunan malların satışının həyata keçirilməsi;
- Günün sonunda qalıq hesabatının hazırlanması;
- Növbəti gün üçün tələb olunan malların siyahısının hazırlanması;
- İş saatı: Növbəli iş qrafiki, 6 günlük iş həftəsi.
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – hr.inci@inci.az emailinə göndərməyiniz və ya 077 441 55 44 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.