Qısa məzmun
Ə/h 380 AZN + Bonus. CinemaPlus Barmen vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət hesabına veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Express barda təqdim olunan malların satışının həyata keçirilməsi;
- Popcorn hazırlamaq və satışını həyata keçirmək;
- Satışları R-keeper vasitəsi ilə həyata keçirmək və müştəriyə çek vermək;
- Günün sonunda qalıq hesabatının hazırlanması;
- Növbəti gün üçün tələb olunan malların siyahısının hazırlanması;
- Günün əvvəlində anbardardan mal qəbul etmək və jurnallarda qeydiyyat aparmaq;
- Məhsulları yararlılıq müddətinin təyin edilməsi və vaxtında satışının həyata keçirilməsi, əks təqdirdə satışdan çıxarılması;
- Korlanmış məhsulların qaytarılması;
- Müştərilərə qarşı daim gülərüzlü olmaq;
- Geyim formasına və şəxsi qiqiyena qaydalarına ciddi riayət etmək;
- Iş rejiminə, iş qrafikinə və daxili intizam qaydalarına ciddi riayət etmək;
- Iş yerini təmiz saxlamaq.
Vəzifəyə olan tələblər:
- Azərbaycan vətəndaşı
- Azərbaycan və rus dillərində sərbəst danışmalı
- ən azı 6 ay satışı sahəsində iş təcrübəsi;
- gərgin iş rejiminə, stresə, müştəri kaprizlərinə qarşı davamlı;
- Pul vəsaitləri ilə davranma bacarığı;
- Kollektivdə işləmək bacarığı;İş yeri(Məkan) : “Gənclik MALL”, “28 MALL”, “Azərbaycan”, “Dəniz Mall” kinoteatrları
Yaş: 20 – 30
Cins: Qadın/ Female, Kişi/ Male
Maaş(Net): 368 AZN + %
İş qrafiki: 6 Günlük(sürüşkən qrafik)
Digər şərtlər:
Nahar şirkət hesabına
Gecə saatlarında ünvana çatdırılmaq üçün nəqliyyat təmin olunur.