Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MOGAN Hotel Barmen vəzifəsi üzrə vakansiya elan edir. Restoran və mehmanxana səhəsində 1-3 il təcrübə olmalıdır.
Əsas Öhdəliklər :
- İaşə şöbəsinin menyusunda olan içkilər haqqında məlumatlı olmaq.
- İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
- Qonaqların içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
- Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
- İçkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
Tələblər :
- Təhsil: Bakalavr
- Dil bilikləri: Rus-yaxşı, İngilis-yaxşı
- Restoran və mehmanxana səhəsində 1-3 il təcrübə
- Yaş: 18-35
Əlavə məlumat:
- AR Əmək məcəlləsinə uyğun olaraq işə qəbul
- Növbəli iş qrafiki 6/1.
- Əmək haqqı razılaşma yolu ilə.
Maraqlanan namizədlər, mövzu yerində “Barmen” yazaraq, öz CV-lərində gözlənilən əmək haqqını qeyd edərək, recruitment@moganhotels.com e-poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...