Qısa məzmun
İnci Group of Companies Barmen vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında : 1995-cü ildə təsis olunan “İnci Group of Companies” QSC satış və distributor şirkəti kimi fəaliyyətə başlayıb. Hazırda şirkətlər qrupunun tərkibində müxtəlif istiqamətlərdə bir neçə şirkət fəaliyyət göstərir.
Namizədə dair tələblər:
- Azərbaycan vətəndaşı
- Fiziki sağlam, çevik
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Kollektivdə işləmək bacarığı;
- R-keeper kassa sistemində işləmək bacarığı – arzuolunandır;
- COVİD Pasport olması vacibdir
- Yaş: 23-35;
İş barədə məlumat:
- Express barda təqdim olunan malların satışının həyata keçirilməsi;
- Satışları R-keeper vasitəsi ilə həyata keçirmək və müştəriyə çek vermək;
- Günün sonunda qalıq hesabatının hazırlanması;
- Növbəti gün üçün tələb olunan malların siyahısının hazırlanması;
- Günün əvvəlində anbardardan mal qəbul etmək və jurnallarda qeydiyyat aparmaq;
- Məhsulları yararlılıq müddətinin təyin edilməsi və vaxtında satışının həyata keçirilməsi, əks təqdirdə satışdan çıxarılması;
- Korlanmış məhsulların qaytarılması;
- Müştərilərə qarşı daim gülərüzlü olmaq;
- Geyim formasına və şəxsi qiqiyena qaydalarına ciddi riayət etmək;
- Iş rejiminə, iş qrafikinə və daxili intizam qaydalarına ciddi riayət etmək;
- Iş yerini təmiz saxlamaq.
İş qrafiki:
- İş saatı :12:00-22:00
- İş günü -6 gün
- Nahar ilə təmin edilmə
- İş yeri(Məkan) – “Cofferab Restorani” S.Rüstəm 7/15B
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.