Qısa məzmun
Dreamland Baku Barmen vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən təmin edilir. AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.
Tələblər:
- Yaş həddi 20 – 35 yaş;
- Komandada işləmək bacarığı;
- Əcnəbi dil (İngilis və Rus) bilgisi;
- Restoran sahəsində 3 il iş təcrübəsi;
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək;
- Mükəmməl təqdimat bacarığı;
- Növbəli iş rejimində işləməyi bacarmalıdır.
İş haqqında məlumat:
- Qonaqlara isti, səmimi və səbrli xidmət göstərmək;
- Spirtli və ya spirtsiz içki və qatqı maddələrini seçərək içkilər hazırlamaq;
- Komanda tərkibində səmərəli şəkildə işləmək, mümkün olduğunda həmkarlarına kömək etmək;
- Təhlükəsiz bir şəkildə işləmək, bütün sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
- Gündəlik tələblərin qarşılanması və hər zaman yetərli qədər stoku təmin etmək;
İş rejimi və qaydası:
- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına (Covid19) tam riayət etmək;
- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Bar Supervisor” qeyd olunmalıdır) göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...