Qısa məzmun
Kontakt Home Baş anbardar (Kosmetika və baxım məhsulları) vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l59820ma
Təsvir
- Anbardaxili iş fəaliyyətinin təşkil edilməsi və fəaliyyətinə nəzarət edilməsi;
- Anbarın idarə edilməsi üzrə təkliflərin hazırlanması;
- Məhsulların yük maşınlarından boşaldılması, anbara qəbul edilməsi, yerləşdirilməsi və çıxışı prosesinin təşkil olunması;
- Anbara daxil olan yüklərin faktiki miqdarının, məhsulların vəziyyətinin yoxlanılması, qablaşdırılmasında zədələnmə, əzilmə halları aşkar olunduqda aktın tərtib edilməsi;
- Məhsulların xüsusiyyətindən asılı olaraq onların modellərə uyğun çeşidlənməsi və yerləşim planına uyğun olaraq yerləşdirilməsi işinin təşkil edilməsi;
- Anbarda mütəmadi olaraq inventarizasiyaların təşkili, köhnəlmiş, zərər görmüş , istifadəyə yararsız məhsulların qeydiyyatının aparılması, aktlaşdırılması;
- Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi;
- Məhsulların mağaza, topdan, pərakəndə və korporativ sifarişlər üzrə yığılmasının, yoxlanılmasının və maşına yüklənməsinin təşkil edilməsi;
- Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsinə, müəyyən olunmuş hesabatın tərtib edilməsinə nəzarət edilməsi.
İş şəraiti:
- AR əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş günləri: I-VI günlər;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə iş təcrübəsi – 2-3 ildən çox;
- Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır;
- Səlis Azərbaycan, orta səviyyədə Rus dili biliyi, İngilis dili biliyi arzu olunandır;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- 1C proqram biliyi arzu olunandır.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...