Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Boulevard Hotel, Autograph Collection Baş anbardar vəzifəsi üzrə vakansiya elan edir. İşgüzar və məsuliyyətli olmalıdır.
İşin təsviri:
- Bütün malların optimal şəraitdə saxlanılmasının və təslim etmə üçün hazır olmasının təmin edilməsi;
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
- İş tapşırıqlarını paylaşdırmaq, eləcə də iş tapşırıqlarını və qayimələri nəzərdən keçirmək;
- Hesabatları təsdiq etmək, material və ya məhsulların paylaşdırılmasına nəzarət etmək;
- Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
- İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək;
- Bütün anbar ərazilərinin təmiz olmasının və yüksək gigiyena standartlarına cavab verməsinin təmin edilməsi;
- Qabaqcadan anbar üçün təyin edilmiş, daxil olan malların saylarının yoxlanılıb təsdiq edilməsi;
- Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək;
- Maliyyə Şöbəsi tərəfindən aparılan fiziki inventarlaşdırma zamanı hazır olmaq;
- Tələb olunan digər vəzifələrin yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
- Azərbaycan və ya rus dillərində yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq. İngilis dili biliyinə üstünlük verilir;
- MS Office (Word, Excel, Power point)Baku Boulevard Hotel
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
- Danışıqların aparılması bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- İşgüzar və məsuliyyətli
Ünvan:
- Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş anbardar” qeyd edərək CV-lərini boulevard.careers@absheronhotelgroup.com elektron ünvanına 29 fevral 2022-ci ilə dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...