Qısa məzmun
Zəfər bağları şirkəti Baş Aqronom vəzifəsi üzrə vakansiya elan edir
Təsvir
- Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanması;
- Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasına nəzarət edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir;
- Sahələr üzrə aqrokimyəvi və aqrotexniki işlərin planlamaya uyğun aparılmasına nəzarət edir;
- Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqinin aparılması;
- Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsinə nəzarət;
- Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasının və hesabatlılığın təmin edilməsi;
- Hazır məhsulun təhvil-təslim işlərini və hesabatlılığı təmin edir;
- Dövri İnventarizasiyanın aparılmasının təşkili və prosesə nəzarət;
- Mal-material sifarişlərinin təsdiqi və icra vəziyyətinə nəzarət;
- Görülmüş işlər, hesabatlar, aktlar və digər müvafiq sənədlərin hazırlanması və imzalanmasının təmini;
- Gübrə, pestisid, kənd təsərrüfatı texnikaları ilə bağlı illik büdcə müzakirələrində iştirak.
- Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
Tələblər
- Aqronomluq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Güclü ünsiyyət və danışıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
- MS Excel proqram biliyi;
- 1 C proqramı bilikləri üstünlükdür.