Qısa məzmun
Pizza Inn Baş Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.
- Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.
- Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.
İşin funksiyaları:
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq.
- Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
- Aşbaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək.
- Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.• Komanda şəklində özündən yuxarı vəzifədə oan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.
- Müraciət qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini xgadirova@gmail.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Baş Aşpaz” qeyd olunmalıdır) göndərə bilərlər.
Whatsapp ilə əlaqə: 077 527 07 01