Baş aşpaz köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yeni Ganja Hotel Company Baş aşpaz köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı olmalıdır.

Vəzifə: Baş aşpaz köməkçisi ( Executive Sous Chef)
Şöbə: Mətbəx
Tabeçilik: Baş aşpaz
İşəgötürən: “Yeni Gəncə Hotel Comapny” MMC
Ünvan: Ramada Plaza by Wyndham Gence, Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Nizami küçəsinin kəsişməsi

Hotelçiliklə məşğul olan “Yeni Gəncə Hotel Comapny” MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
  • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
  • Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
  • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
  • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Aşpazlıq və yaxud hotelçilik sahəsi üzrə ali təhsil üstünlük hesab edilir);
  • Rus və ingilis dili bilikləri arzu olunandır;
  • Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları;
  • Hotelçilik və restoran sahələrində minimum 5 il iş tərcübəsi;
  • Mətbəx üzrə xərclərin aylıq və illik hesbatının hazırlanması;
  • Dünya mətbəxləri üzrə biliklərin olması;
  • İş yeri Gəncə şəhərində yerləşir;
  • İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
  • Analitik düşüncə və analiz qabiliyyətinin olması.

İşçinin təminatları:

  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Tibbi sığorta;
  • Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: hr@ramadaplazagence.com

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 Yanvar 2021-ci il

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı