Qısa məzmun
Quba Palace Hotel Baş direktorun köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Baş direktora gündəlik olaraq biznes dəstəyinin təmin edilməsi;
- Daxili/xarici yazışmalar, sorğular, protokollar, sənəd dövriyyəsinə və s. idarə etmək;
- Görüş və iclasların planlaşdırılması və təşkili;
- İclas nəticələrinin qeydiyyatı və protokollaşdırılması;
- Rəhbərliyin tapşırıqlarının aktiv şəkildə təyinatı üzrə yönləndirilməsi, tapşırıqların icra intizamına nəzarət;
- İşlərin təlimatlara uyğun qaydada təşkili və icrası;
- Məlumatların toplanması, materialın tədqiqi, təqdimatların yaradılması və həmkarların/menecerlərin müvafiq rəyinin təmin edilməsi daxil olmaqla, yığıncaqlar üçün təqdimatlar, çıxışlar və sənədlər kimi bir sıra materialların hazırlanması;
- Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil
- 1-2 il müvafiq vəzifədə iş təcrübəsi
- Azərbaycan dilində mükəmməl ünsiyyət bacarıqları (yazılı və şifahi);
- Səlis Rus/İngilis dili
- Yüksək kargüzarlıq bilikləri
- MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər;
- Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
İş Şərtləri:
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...