Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Agro Food Investments LLC Baş energetik vəzifəsi üzrə vakansiya elan edir. Texniki Rus və İngilis dilləri üzrə biliklər olmalıdır.
Namizədlər aşağıda göstərilənləri bilməlidir:
- Müəssisə və kənd təsərrüfatı sahələrinin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirilməsi;
- Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
- Transformator yarımstansiyalarının quruluşunu və istismar qaydalarını;
- Elektrik dövriyyəsinin hesablanması;
- Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
- Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
- Layihələrdə tələb olunan elektrik, kabel, naqil və s. elektrik cihaz və qurğuların seçilməsini;
- Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
- Elektrik qurğu və binaların layihələndirilməsinə texniki tapşırıqların hazırlanmasını;
- Yüksək gərginliklə işləyən elektrik qurğularının, elektrik mühərriklərinin və başqa elektrik maşınlarının təhlükəsiz istimarının təşkili qaydalarını;
- Elektrik cərəyanından zədələnmə hallarının qarşısını almaq üçün tələb olunan mühafizə vasitələrinin tətbiqi qaydalarını;
- Elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün qoruyucu torpaqlama, işçi torpaqlama və s. mühafizə vasitələrinin tətbiqi qaydalarını;
- Hərəkətdə olan elektrik qurğularının torpaqlanması qaydalarını;
- Qaz xətlərinin, hava xətlərinin və stasionar kompressorların təhlukəsiz istismarı və quruluşu qaydalarını;
- Dəyişən və sabit cərəyan, elektrik maşın, mexanizmələrin istismarı və təmiri qaydalarını;
- Təzyiq altında işləyən tutumların istismarı və quruluşu qaydalarını;
- Öz işində sahib olduğu peşəkar bilik və bacarıqları tətbiq etmək.
- Təsərrüfatda işləyən sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
- Cəmiyyətin bütün elektrik təsərrüfatına nəzarət.
Namizədə tələblər:
- Tələb olunan ixtisas üzrə ali təhsil;
- İxtisas üzrə 7 ildən çox iş təcrübəsi;
- Müvafiq kompüter proqramları biliyi ((AutoCAD, Microsoft Office və s.);
- Texniki Rus və İngilis dilləri üzrə biliklər;
- İdarəetmə təcrübəsi, komandada işləmək bacarığı;
- Yüksək məsuliyyət və sistemli düşünmə bacarığı
İş vaxtı 5/7, işçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
Maraqlanan namizədlər CV-lərini hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Planlama üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Sayımçı vəzifəsi üzrə vakansiya elan edir. ...