Qısa məzmun
Baku Steel Company Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Cəmiyyətin fəaliyyətini tənzimləyən aktların, prosedur, siyasət, əsasnamələr, təşkilati-sərəncamverici sənədlərin və digər hüquqi sənədlərə rəy verir
- Şöbəyə daxil olmuş çətin hesab olunan müqavilələrə dair rəy verir;
- Şöbəyə daxil olmuş sorğular əsasında xüsusi şərtlərlə tərtib olunmalı müqavilələri və müqavilələrə əlavələri hazırlayır;
- Hazırlanması üçün sorğu olunan strateji əhəmiyyətli məktubları hazırlayır və ya yenidən tərtib edir;
- Cəmiyyətdaxili yeni tərtib edilmiş qeyri-standart əmrlərə rəy verir;
- Cəmiyyət tərəfindən təqdim olunan arayışlara rəy verir;
- Digər departament və struktur bölmələrdən daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
- Cəmiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə təmsil edilməsi, Cəmiyyətin hüquq və qanuni mənafelərinin müdafiə edilməsi;
· Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Təhsil: Ali (Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi) ;
- Xarici dil bilikləri: Rus və ya ingilis dilini səlis bilmək;
- Təcrübə: Hüquq sahəsində minimum 5 il;
- Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı;
- Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları; Qərarları dəqiq vermək bacarıqı;
Ə𝒍𝒂𝒗ə 𝒎ə𝒍𝒖𝒎𝒂𝒕𝒍𝒂𝒓:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəh., Mir Cəlal küç., 15 (Dərnəgül);
- Rəqabətədavamlı əmək haqqı.