Baş Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Baş Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini orta səviyyədə bilən namizədlərə üstünlük veriləcək.

Veysəloğlu Şirkətlər Qrupu “Müqavilələr” və “Vergi və Gömrük məsələləri” üzrə “Baş Hüquqşünas” vakansiyalarını elan edir.

Namizədə tələblər:

  • hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üzrə ali təhsil və / və ya sahə üzrə xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək)
  • hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
  • namizəd AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, əmək, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir; bunların fonunda əsas etibarilə vergi ve gömrük hüququnun nəzəri hissələrini mükəmməl bilməlidir
  • namizədin gömrük və vergi hüququ sahəsində təlimatların, qaydaların yazılması sahəsində təcrübəsi olmalı, yerli ve beynəlxalq qanunvercilikdə gömrük ve vergi hüququ sahəsində dəyişikliklərdən xəbərdar olmalı, vergi ve gömrük hüququ sahəsində xüsusi təcrübəsi olmalıdır (həmin orqanlarda işləmiş olmalı və ya həmin orqanlarda kçirilən təlimlərdə iştirak təcrübəsi olmalıdır)
  • namizəd müqavilələri, o cümlədən beynəlxalq müqavilələri və sazişləri hazırlamaq, müqavilələrin hüquqi ekspertizasını yüksək səviyyədə aparmaq bacarığına malik olmalıdır
  • yüksək məntiq və hüquqi analiz qabiliyyəti
  • yüksək yazı və nitq qabiliyyəti
  • rus dilini əla, ingilis dilini orta səviyyədə bilən namizədlərə üstünlük veriləcək
  • işlə bağlı ölkə daxilində və xaricində ezamiyyətə gedə bilməlidir.

Maraqlanan namizədlər mövzu hissəsində “Baş Hüquqşünas” qeyd etməklə öz CV-lərini career@veyseloglu.az ünvanına göndərə bilərlər.

on poçt ünvanına mövzu hissədə vəzifə adını “Hüquqşünas” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...