Qısa məzmun
Ə/h razılaş.ma yolu ilə. Azerbaijan Poultry Company Baş Kargüzar vəzifəsi üzrə vakansiya elan edir. ERP sistemdə işləmə bacarığı olmalıdır.
Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti “Mərcan” brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.
Vəzifə: Baş Kargüzar
Vakansiya haqqında məlumat:
- Şirkətdə kargüzarlıq işini təşkil edir və həyata keçirir
- Daxil və xaric olan sənədləri qəbul edir, qeydə alır, rəhbərliyin dərkanarına təqdim edir və dərkanara müvafiq surətdə aidiyyati üzrə bölüşdürür və icraçılara çatdırır
- Sənədlərin icra müddətinə nəzarət edir
- Rəhbərliyin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir və icrasına nəzarət edir
- Göndərilən sənədlərin qeydiyyatını aparır və yola salır
- Şirkət iclaslarının protokollarını tərtib edir və uçotunu aparır
- Kargüzarlıqda başa çatmış sənədləri struktur bölmələrindən qəbul edir
- Xidməti sənədlərin mühafizəsini təmin edir
- Sənədlərin arxivləşdirilməsini təmin edir
- Şirkət üzrə əmrlərin yazılmasını təmin edir
Tələblər:
- Bu sahə üzrə iş təcrübəsi minimum 3-5 il;
- Ali təhsil;
- Ofis proqramlarında əla səviyyədə işləmə bacarığı;
- ERP sistemdə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus; İngilis (arzu olunan);
İş şəraitinin şərtləri:
- iş qrafiki : 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )
- Ə/h müsahibə əsasında təyin olunur.
Müraciət üçün son tarix: 19.03.2021
CV-nizi başlıqda “Baş Kargüzar” qeyd etməklə hr@apc.az ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...