Qısa məzmun
Pizza Mizza şirkəti Baş Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 1-3 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili (İngilis dili və Rus dili arzuolunandır)
- Ofis proqramlarının biliyi
- Komandada işləmək bacarığı
- Stresə davamlı, gülərüz, punktual
- İdarə etmə bacarıqları
- Məsuliyyətli
Vəzifələr:
- Restoranın bütün işçi heyətinə rəhbərlik edir;
- Bütün departamentlərə rəhbərlik edir;
- İşçilər arasında onların vəzifə öhdəliklərinə uyğun iş bölgüsü aparır;
- Həftəlik iş qrafiki tərtib edərək işçilərə və İR şöbəsinə təqdim edir;
- Yeni işçilərə prosedura uyğun təlim keçir və təyin edilmiş vaxtda dəyərləndirmə cədvəlini Əməliyyat şöbəsinə təqdim edir;
- Restoran heyətinə mütəmadi olaraq təlimlər keçirir;
- Filialın satış göstəricilərinin artması istiqamətində təkliflər irəli sürür və müvafiq tədbirlər görür;
- Təlimlər haqqında aylıq hesabatı müvafiq formada İR şöbəsinə təqdim edir;
- Gündəlik inventarizasiyanı həyata keçirir;
- Nizam- intizam qaydaları haqqında mütəmadi olaraq təlim keçir, iclaslarda müzakirə edir və əməl olunmasını tələb edir;
- Baş ofisdən e-mail ilə göndərilən vacib məlumat və tapşırıqları vaxtında işçi heyyətə çatdırır;
- Xidmətin yüksəlməsi üçün, müştərilərin istək və təklifləri ilə maraqlanmalı, gün ərzində göstərilən xidmət səviyyəsini nəzarətdə saxlamalıdır;
- Mütəmadi olaraq işçi heyyətin xidmət səviyyəsini yoxlamalı, onların üzərində çalışmalıdır, standartlara uyğun olmadığı halda İRŞyə məlumat verməlidir;
- Sanitar gigeyinik normaları və texniki təhlükəsizliyi yoxlayıb nəzarətdə saxlamalıdır, nöqsan yarandıqda aidiyyatı şöbəyə vaxtında məlumat bildirməlidir;
- Müştəri şikayətləri və narazıçılığı ilə şəxsən maraqlanır və zərurət üzrə tədbirlər görür;
- Audit keçirilən müddətdə sayımda kömək göstərir, tələb olunan məlumatları təqdim edir;
- Məhsulların itirilməsi və ya zədələnməsinin qarşısını alır;
- Ümumi səliqə-səhmanının qorunub saxlanılmasına cavabdehdir;
- Ümumi fəaliyyəti haqqında tələb olunan bütün hesabatları hazırlayıb təqdim edir;
- Post-terminal, dövlət kassası, kompyuter və digər avadanlıqların işlək vəziyyətdə olmasına cavabdehdir;
- Post terminallar və kassa üçün lazımı kağızların tədarükünü görür.
İş şəraiti:
- İş saatları-8 saat
- Nahar şirkət tərəfindən verilir
- Əmək qanunvericiliyinə uyğun iş şərtləri
- Əmək haqqı müsahibə zamanı namizədin biliklərinə əsasən müəyyənləşdiriləcək
Maraqlananlar CV-lərini “Baş menecer” başlığı altında elektron ünvanına göndərə bilərlər.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...