Qısa məzmun
Enar Taxi Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Maliyyə uçotunun qurulması və həmin prosesə nəzarət edir, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir.
- Bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı məlumatları üzrə şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
- Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının şirkətin təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir.
- 1C proqramına vergi uçot bazasının formalaşdırılması, onun fəaliyyətinin düzgün tənzimlənməsi, yekun hesabatların hazırlanması üçün lazimi əməliyyatların aparılmasına nəzarət edir.
- Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşıyır;
- Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatın öz şöbəsinin işçilərinə ötürür;
- Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
- Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edir;
- Təh-təl hesab şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
- Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir və uçotunu aparır;
- Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqlityini təmin edir.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət
- sial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edir.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və şirkətin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
- Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görür.
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə verilməsi işinin qanunauyğun şəkildə yerinə yetirilməsinə nəzarət edir.
- Mühasibat-maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil işlərinə rəhbərlik edir.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
- İstirahət günü – Şənbə və Bazar günləri
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə)
- Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi
- Microsoft Office (xüsusilə MS Excel), 1c 8.3, işləmək bacarığı;
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli
- Problemləri həll etmə bacarığı
- Stresə davamlılıq
- İnformasiyanın təhlili və analiz etmək bacarığı
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
Maraqlanan şəxslər CV formalarını mövzu yerində ” Baş mühasib” qeyd edərək hr@enartaxi.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...