Baş mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC GROUP Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik təhlil və araşdırma bacarığına sahib olmalıdır.

BERC Group MMC Vergi və maliyyə xidmətləri şöbəsinin rəhbəri (baş mühasib) vakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) düzgün əks etdirilməsinə nəzarət edilməsi;
  • Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
  • Bəyannamələrin hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
  • Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
  • Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
  • Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi;
  • Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;

Vəzifəyə dair tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 il rəhbərlik təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür) ;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
  • Yaş: 27-45 yaş;
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • Mühasibatlıq sahəsində beynəxalq sertifikatların (ACCA) olması üstünlükdür.
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;
  • Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.

Bacarıq və səriştələr

  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
  • Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 31.05.2022-ci il tarixinədək hr@bercgroup.az elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “Baş mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

Şirkət haqqında

  • İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC Group MMC  2016 – cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, rəqəmsal marketinq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.
  • Veb sayt :      www.bercgroup.az
  • Ünvan: Bakı şəh, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə,44C
  •  Əlaqə nömrəsi: +994 12 555 14 85, +994 50 555 14 85

Oxşar vakansiya siyahısı:

Mühasib

Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Karvan2002 MMC

17.01.2025 - Bakı

1500 — 2000 ₼
Baş mühasib

ASADZADESANAN MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

15.01.2025 - Bakı

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

13.01.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

13.01.2025 - Bakı

Xəzinədar əməliyyatçı

GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...

GL ASC

13.01.2025 - Şabran

Xərclər üzrə mühasib (Tikintidə)

Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...

Max Print

10.01.2025 - Bakı

PL/SQL üzrə kiçik mütəxəssis

Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

10.01.2025 - Bakı

“Şəki” filialının Kredit şöbəsinin mütəxəssisi

Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

09.01.2025 - Şəki

Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis

ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

08.01.2025 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.01.2025 - Hacıqabul

Mühasib ( Şəmkir )

Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.01.2025 - Şəmkir

Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis

PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

06.01.2025 - Bakı