Qısa məzmun
Betta MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Baş Mühasib Baş Direktora tabe olmalı və görülmüş işlər barədə onun qarşısında hesabat verməli.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat hesabında düzgün əks etdirilməsini təmin etməli.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli.
- Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc)
- Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək, gündəlik bank qalığının yoxlanılmasına nəzarət etməli.
- Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməli.
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirməli.
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamalı, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etməli, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirməli.
- Aşkar olunan nöqsanları mümkün olduğu halda dərhal yerində həll etməyə çalışmalı.
- Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlamalı.
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edilməsi
- Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması
- Əmək haqqının tabellər və digər qeydiyyat sənədləri ilə müqaisəsi və dəqiqliklə AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi.
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli.
Namizədə tələblər:
- Ali təhsilli
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili
- Ən azı bu sahədə 3 il təcrübəsi olmalı
- Analitik düşüncəyə malik olmalı
- Verilmiş tapşırıqları vaxtında icra etmək bacarığına malik olmalı.
İş şəraiti:
- İş rejimi – 5 günlük (09:00-18:00)
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
- Əmək haqqı razılaşma əsasında müəyyən olunacaqdır.
Maraqlanan şəxslər öz CV formalarını ” Baş Mühasib ” başlığı ilə email ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...